AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Elmi şurasının 2024-cü il üzrə yarımillik iclası keçirilib.
İclasda institutun Elmi şurasının üzvləri və AMEA-nın Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru, dosent Sərxan Xavəri iştirak edib.
Tədbiri institutun direktoru f.e.d., professor İlham Məmmədzadə açaraq gündəlikdəki məsələlər barədə məlumat verib.
Sonra institutun elmi katibi f.ü.f.d. Sevinc Həsənova elmi müəssisənin 2024-cü il üzrə yarım illik elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat verib.
Qeyd edib ki, 2024-cü ilin birinci yarımilində institutda 2 elmi istiqamət, 4 problem, 14 mövzu üzrə 129 elmi tədqiqat işi yerinə yetirilməkdədir.
2024-cü ilin birinci yarımilində elmi tədqiqat işlərinin nəticəsi olaraq institut əməkdaşları tərəfindən 211 əsər nəşr olunub. Bunlardan 10 monoqrafiya (onlardan 1-i xaricdə, 7-si ölkədə, 2-si kollektiv monoqrafiya olmaqla), 1 toplu, 1 tədris proqramı, 2 dərs vəsaiti çap edilib. Eləcə də 120 məqalə elmi nəşrlərdə (onlardan 48-i xaricdə, o cümlədən 8 məqalə impakt faktorlu jurnallarda və Scopus bazalarında dərc olunub), 25 konfrans tezisləri (onlardan 7-si xaricdə), 105 məqalə saytlarda və kütləvi informasiya vasitələrində dərc edilib. Çap olunmuş məqalə və tezislərin ümumi sayı 249-dur.
“Google scholar”da qeydiyyatdan keçmiş əməkdaşların sayı 142, məqalələrinə istinadların sayı 1038, “Google scholar”da dərc olunmuş elmi işlərin sayı 2057, H-indeksi olan əməkdaşların sayı 41 olmuşdur. Onlardan daha çox istinad və H-indeksi isə Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadədə (istinad: 75, H-indeksi: 6, H-10-indeksi: 1, N Works: 119), Müasir fəlsəfə problemləri şöbəsinin müdiri fəlsəfə elmləri doktoru, professor Əli Abasovda (istinad:78, H-indeksi: 5, h-10-indeks: 2, N Works: 65), Sosiologiya şöbəsinin baş elmi işçisi fəlsəfə elmləri doktoru Aydın Əlizadədə (istinad: 520, H-indeksi: 5, H-10indeksi: 2, N Works: 30), İslam fəlsəfəsi şöbəsinin müdiri AMEA-nın müxbir üzvü Könül Bünyadzadədə (istinad: 21, H-indeksi: 3, N Works: 20), Azərbaycan fəlsəfə tarixi şöbəsinin aparıcı elmi işçisi fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərlidə (istinad: 29, H-indeks: 3, N Works: 129) olmuşdur.
İnstitutun 17 əməkdaşının 14 xarici ölkədə əyani və onlayn keçirilən konfranslarda 29 məruzəsi dinlənilib. 2024-cü ilin I yarısında 4 beynəlxalq konfrans, 5 respublika elmi-nəzəri konfransı, 17 dəyirmi masa, görüş və kitab təqdimatları, 7 ümuminstitut seminarı keçirilib.
Hesabat şura üzvləri tərəfindən qənaətbəxş hesab edilərək qəbul olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.