Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

25.04.2025 11:36
  • A-
  • A
  • A+

Fizika İnstitutunda seminar keçirilib

Fizika İnstitutunda seminar keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun Mülki Müdafiə Qərargahının təşkilatçığı ilə “Mülki Müdafiə Qüvvələrinin xəbərdarlıq və toplanış məşqi”nə həsr olunmuş “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə qüvvələrinin hazırlığının yoxlanılması” mövzusunda seminar keçirilib.

Seminarı giriş sözü ilə institutun Mülki Müdafiə Qərargahının rəisi Dursun Abdullayev açıb. Dursun Abdullayev bildirib ki, seminarın keçirilməsində məqsəd institut əməkdaşlarının mülki müdafiə hazırlığının təşkil olunması üzrə maarifləndirilməsi, işçilərin mühafizəsinin təşkili, mülki müdafiə qüvvələrinin idarə olunması üzrə idarəetmə orqanlarının və rəhbər heyətin əməli vərdişlərinin və hazırlığının təkmilləşdirilməsi, mülki müdafiə idarəetmə orqanlarına, qüvvələrinə, fövqəladə hallar zamanı təxirəsalınmaz işlərin təşkili və yerinə yetirilməsi üzrə praktiki vərdişlərin aşılanmasıdır.

Seminar zamanı əməkdaşlara təbii fəlakətlərin yaratdığı hadisələr və mülki müdafiə tədbirləri ilə əlaqədar maarifləndirici video təqdimat göstərilib.

Seminarın sonunda əməkdaşları maraqlandıran bir sıra sullar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: