Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

28.04.2025 16:56
  • A-
  • A
  • A+

Akademik Rafael Hüseynovun məqaləsi Rusiyanın “Turizm və mədəniyyət sənayesi” jurnalında dərc olunub

Akademik Rafael Hüseynovun məqaləsi Rusiyanın “Turizm və mədəniyyət sənayesi” jurnalında dərc olunub

Sankt-Peterburqda nəşr edilən “Turizm və mədəniyyət sənayesi” jurnalının 2025-ci il yaz buraxılışında Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynovun böyük rus şairi Sergey Yeseninə həsr etdiyi “Ölümdən güclü” adlı məqaləsi çap edilib.

Sergey Yeseninin anadan olmasının 130 illiyi münasibətilə qələmə alınmış məqalədə şairin həyat və yaradıcılığının “Bakı dövrü” ətraflı işıqlandırılıb.

Qeyd edək ki, 2000-ci ildən nəşr olunan “Turizm və mədəniyyət sənayesi” jurnalı ixtisaslaşmış nəşrdir və ildə iki dəfə çapdan çıxır. Jurnalın baş redaktoru Anatoli Kovalyovdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: