Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

28.04.2025 16:23
  • A-
  • A
  • A+

Geologiya və Geofizika İnstitutunda Bakı Dövlət Universiteti tələbələri üçün “Açıq qapı” günü keçirilib

Geologiya və Geofizika İnstitutunda Bakı Dövlət Universiteti tələbələri üçün “Açıq qapı” günü keçirilib

Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun (GGİ) nəzdində fəaliyyət göstərən Gənc Alim və Mütəxəssislər Şurası Bakı Dövlət Universitetinin tələbələri üçün institutun akt zalında “Açıq qapı” günü təşkil edib.

Tələbələrə Geologiya və Geofizika İnstitutunun tarixi inkişaf yolu, elmi-tədqiqat istiqamətləri, fəaliyyət göstərən şöbələri, eləcə də beynəlxalq və respublika səviyyəli reallaşdırılmış elmi layihələr və tədbirlər haqqında geniş məlumat verilib.

Daha sonra GGİ mütəxəssislərinin müşayiəti ilə Analitik cihaz və avadanlıqlardan kollektiv istifadə mərkəzi, Neftin geokimyası laboratoriyası, Geoloji materialların texniki emalı şöbəsi və Geoloji-mineraloji muzeylə yaxından tanışlıq reallaşdırılıb. Tələbələr laboratoriyalarda aparılan son tədqiqat metodları, istifadə olunan müasir cihazlar və elmi-texniki nailiyyətlər barədə ətraflı məlumat əldə ediblər. “Açıq qapı” günü ərzində tələbələrin sualları cavablandırılıb.

Sonda tədbir iştirakçıları ilə xatirə fotoları çəkilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: