Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

12.07.2024 13:25
  • A-
  • A
  • A+

Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin direktoru tədbirdə çıxış edib

Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin direktoru tədbirdə çıxış edib

Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun təşkilatçılığı ilə Nizami Gəncəvi Muzeyində “Gəncə şəhərinin tarixi abidələri” mövzusunda tədbir təşkil olunub.

Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun ekskursiyaçısı Şahsənəm Əsgərova qonaqları salamlayaraq qoruq haqqında ətraflı məlumat verib.

Tədbirdə Qoruğun Nizami Gəncəvi Məqbərə Kompleksi flialının müdiri Gülnarə İsmayılova məqbərənin  turizm potensialı barədə danışıb.

AMEA-nın Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin direktoru fil.ü.f.d Əlimuxtar Muxtarov “Nizami Gəncəvinin məqbərəsi Azərbaycan xalqının tarixi sərvətidir” mövzusunda çıxış edərək bu kimi tədbirlərin əhəmiyyətini qeyd edib. Məruzəçi bildirib ki, dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərə kompleksi Gəncənin ən görkəmli tarixi məkanlarından biridir. Məqbərə 1990-1991-ci illərdə bərpa edilib və ona qoruq statusu verilib. Abidənin daxilində, onun lap aşağı hissəsində şairin sərdabası yerləşir. Məqbərənin qarşısında şairin “Xəmsə”sinin rəmzi kimi yaradılan fəvvarələr meydanı var.

Daha sonra Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun elmi işçiləri Aynur Həsənova, Nailə Abbasova, Vəfa Əliyeva, Qoruğun ekskursiyaçıları Hüsniyyə Rəhimova və Günel Vəliyeva, mövzu ilə bağlı çıxış ediblər.

Tədbirdə, həmçinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional Mədəniyyət İdarəsinin əməkdaşları, eləcə də “Nur ocağı” və “ Aşıq Pəri Məclisinin” üzvləri iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: