Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

28.04.2025 14:32
  • A-
  • A
  • A+

Geologiya və Geofizika İnstitutunda keçirilmiş “Gənc tədqiqatçı alim” müsabiqəsinin nəticələri açıqlanıb

Geologiya və Geofizika İnstitutunda keçirilmiş “Gənc tədqiqatçı alim” müsabiqəsinin nəticələri açıqlanıb

ETN Geologiya və Geofizika İnstitutunun doktorantları (gənc tədqiqatçı alimləri) üçün AMEA-nın 80 illik yubileyinə və 2025-ci ilin “Konstitutsiya və Suverenlik İli”nə  həsr olunmuş “Gənc tədqiqatçı alim” müsabiqəsinə yekun vurulub.

Müsabiqədə institutun 30 yaşa qədər təhsil almaqda olan fəlsəfə doktoru hazırlığı üzrə və həmçinin ötən il bitirmiş 9 gənc alimi iştirak edib.

Tədbirlə bağlı institutun baş direktoru akademik Akif Əlizadənin əmrinə əsasən yaradılmış komissiya tərəfindən müəyyənləşdirilmiş meyarlar üzrə müsabiqədə qiymətləndirmə aparılıb və qaliblər müəyyənləşdirilib. 

İnstitutun Biota təkamülü və geoloji hadisələrin korrelyasiyası şöbəsinin kiçik elmi işçisi, II hazırlıq ilinin doktorantı Arina Murtuzayeva I yerə, Neftin geokimyası laboratoriyasının kiçik elmi işçisi, keçmiş doktorant Samir Zeynalov II yerə və Hidrogeologiya və geoekologiya şöbəsinin kiçik elmi işçisi II hazırlıq ilinin doktorantı Emil Fətullayev III yerə layiq görülüb.

Yaxın günlərdə müsabiqə qaliblərinə mükafat və hədiyyələr təqdim olunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: