Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Coğrafiyaçı alim Rusiyada keçirilən konfransda çıxış edib
28.04.2025 14:58
  • A-
  • A
  • A+

Coğrafiyaçı alim Rusiyada keçirilən konfransda çıxış edib

Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Demoqrafiya və əhali coğrafiyası şöbəsinin müdiri vəzifəsini icra edən c.ü.f.d. Etibar Bədəlov Rusiya Federasiyasının Voloqda şəhərində keçirilən “Rusiyanın Regionlarda aqlomerasiya prosesləri: müsbət təsirlərin aktivləşdirmə xüsusiyyətləri və problemləri” adlı Ümumrusiya elmi-praktik konfransında onlayn formatda iştirak edib.

Demoqraf alim plenar iclasda “Azərbaycanda aqlomerasiyaların inkişafında problemlər və perspektivlər” mövzusunda məruzə ilə çıxış edib.

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: