Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

15.07.2024 12:55
  • A-
  • A
  • A+

Kosmik hava durumu və proqnozu

Kosmik hava durumu və proqnozu

Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəş fəallığı artmışdır. Maksimal sinifli alışma 3738 regionunda qeydə alınan X1.27 sinifli alışma olmuşdur. Alışmaya bağlı olaraq II tip radioemissiya və radiosiqnalların ötürülməsində R3 səviyyəli fasilələr yaranmışdır. Günəşin səthində ləkələrin sayı artaraq 12 ləkə qrupunda 217 ləkə, həmçinin şimal yarımkürəsində Tac Dəliyi müşahidə olunur.

AR ETN N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, enerjisi 2 MeV-dən çox olan elektron seli normal və orta səviyyədə, 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində olmuşdur.

Hesabat dövründə Günəş küləyinin maksimal sürəti 443 km/san, Yer orbitində planetlərarası maqnit sahəsinin maksimal qiyməti 6 nT, radial istiqamətdə isə -5 nT olmuşdur. Hal-hazırda Günəş küləyinin sürəti normaldır (302 km/san), planetlərarası maqnit sahəsinin maksimal qiyməti Yer orbitində 3.7 nT, radial istiqamətdə isə  -1.7 nT təşkil edir.

Hesabat dövrü ərzində geomaqnit sahəsi sakit və qeyri-stabil səviyyələrdə olmuşdur. Geomaqnit qasırğası baş verməmişdir. Hal-hazırda Kp indeksi 1.3-ə bərabərdir və kosmik hava sakitdir.

Kosmik hava proqnozu – Proqnoz günlərində (15-21 iyul) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 65%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 15% təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyədə olacağı, 10 MeV-dən çox enerji yüklü proton selinin isə 3738 regionundakı aktivlik və Tac dəliyinin təsiri ilə S1 səviyyəsinə yüksəlməsi ehtimalı var.

Günəş küləyinin 15-17 iyulda nominal qiymətlərdə olacağısonra isə Tac Dəliyinin təsiri ilə sürətinin artacağı gözlənilir.

Geomaqnit sahəsinin 19  iyuladək sakitsonra isə Tac Dəliyinin təsiri ilə qeyri-stabil və aktiv səviyyələrdə olması proqnozlaşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: