Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

16.07.2024 09:06
  • A-
  • A
  • A+

Norveçdə təhsil alan azərbaycanlı gənc Fizika İnstitutunda olub

Norveçdə təhsil alan azərbaycanlı gənc Fizika İnstitutunda olub

Hazırda IB məktəb proqramı üzrə Norveçdə təhsil alan azərbaycanlı gənc Səbinə Quliyeva Fizika İnstitutunda qonaq olub. Görüşün məqsədi Fizika İnstitutu ilə tanışlıq, burada aparılan elmi-tədqiqat işləri, elmi müəssisədə mövcud olan müasir maddi texniki baza haqqında məlumat əldə etmək və təhsil dövründə qazandığı biliklərin real təqiqat mühitində yerini müəyyənləşdirmək olub.

İnstitutun elmi katibi fizika üzrə fəlsəfə doktoru Afət Kərimova və Elmi innovasiyalar və xarici əlaqələr şöbəsinin müdiri fizika üzrə fəlsəfə doktoru Rüstəm Rüstəmov S.Quliyeva ilə görüşüblər. Görüşdə Afət Kərimova institutun fəaliyyət istiqamətləri, burada aparılan elmi araşdırmalar haqqında qonağa məlumat verib, gələcək əməkdaşlıq imkanları haqqında müzakirələr aparılıb. A.Kərimova Fizika İnstitutunun hər zaman perspektivli və həvəsli gənclərə dəstək olmağa hazır olduğunu vurğulayıb.

Görüş çərçivəsində S.Quliyeva İngiltərə və Norveçdə bir neçə aparıcı universitetlərdə təhsilini davam etdirmək üçün müraciət edəcəyini bildirib. O, fizika elminə böyük marağının olduğunu vurğulayıb. S.Quliyeva bu istiqamət üzrə bakalavr təhsilini davam etdirmək istədiyindən Fizika İnstitutu ilə tanış olmaq arzusunda olduğunu qeyd edib. O, Azərbaycanda fizika və riyaziyyat fənnləri üzrə bir sıra olimpiadalarda iştirak etdiyini və mükafata layiq görüldüyünü bildirib. Qeyd edib ki, o, Norveçdə regional səviyyədə təşkil olunmuş olimpiadanın da qalibi olub.

Görüşün sonunda institutun əməkdaşları S.Quliyevaya laboratoriyalarda aparılan tədqiqatlar, tədqiqatlar zamanı istifadə edilən avadanlıqlar və onların elmi nəticələrin əldə olunmasında verdikləri töhfələr haqqında məlumat veriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: