Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycanlı alim Türkiyədə beynəlxalq simpoziumda iştirak edib
02.08.2024 11:14
  • A-
  • A
  • A+

Azərbaycanlı alim Türkiyədə beynəlxalq simpoziumda iştirak edib

Türkiyənin Yalova şəhərində “Professor Xəlil İnalcıkın mirası: Osmanlı Dövlətinin quruluşundan Cümhuriyyət Türkiyəsinə” Beynəlxalq Tarix Araşdırmaları Simpoziumu keçirilib.

Simpoziumda dünyanın müxtəlif ölkələrindən, o cümlədən Azərbaycandan da elm adamları iştirak ediblər. Beynəlxalq simpoziumda AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli “Türkiyə Cümhuriyyətinin quruluşunda Azərbaycan Türk aydınlarının fikri və əməli çalışmaları” mövzusunda məruzə ilə çıxış edib.

“Xalq qəzeti”

  • Paylaş: