Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

01.08.2024 10:34
  • A-
  • A
  • A+

“Yaşıl enerjidən istifadə üzrə ekoloji maarifləndirmə” qrant layihəsi çərçivəsində keçirilən tədbirdə tələbələrə sertifikatlar təqdim edilib

“Yaşıl enerjidən istifadə üzrə ekoloji maarifləndirmə” qrant layihəsi çərçivəsində keçirilən tədbirdə tələbələrə sertifikatlar təqdim edilib

Elm və Təhsil Nazirliyinin Neft və Qaz İnstitutunun Neft - qaz sahəsinin geoekoloji problemləri şöbəsinin kiçik elmi işçisi Rahilə Əliyevanın Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən “İdeyanı Reallaşdır 2023” qrant layihəsində qalib olmuş “Yaşıl enerjidən istifadə üzrə ekoloji maarifləndirmə” qrant layihəsi çərçivəsində təlim keçirilib.

2 gün davam edən təlimin 1-ci günü ölkəmizdə keçirilən COP29-un məqsəd və vəzifələrindən, alternativ enerji mənbələrindən danışılıb. Təlimin 2-ci günündə isə günəş, külək və geotermal enerji mənbələri haqqında məlumatlar verilib və Qarabağ ərazisində yaşıl enerjidən istifadənin səmərəliliyi mövzusu geniş müzakirə olunub. Təlimdə ADA, BANM, DİA, BDU, ADNSU, AzMİU, BMU, Xəzər və s. universitetlərdən tələbə və gənclər iştirak ediblər.

Təlimin sonunda fəal iştirak edən tələbələrə sertifikat təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: