Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Elm” qəzetinin növbəti nömrəsi çapdan çıxıb
02.10.2026 12:35
  • A-
  • A
  • A+

“Elm” qəzetinin növbəti nömrəsi çapdan çıxıb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin oktyabr ayında ilk nömrəsi işıq üzü görüb.

Qəzetin ön səhifəsində “Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub” başlıqlı icmal yer alıb.

Nəşrin səhifələrində AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin iştirakı ilə 27 Sentyabr – Anım Günü münasibətilə “Hərb və sülh: Azərbaycan reallığı” mövzusunda elmi konfrans, Dahi Azərbaycan şairi və mütəfəkkiri Xaqani Şirvaninin 900 illik yubileyi çərçivəsində şairin yaradıcılığına həsr olunmuş bədii-musiqili tədbir və “Qarabağ: Arxeoloji mədəniyyətlər qovşağında” mövzusunda beynəlxalq elmi konfransa dair yazılar təqdim olunub.

Bu sayda AMEA rəhbərinin Gürcü Ədəbiyyatı İnstitutunun yubileyində iştirak və çıxışı, eləcə də Çinin Honq-Konq Kore Akademiyasının nümayəndə heyəti və Pakistanın Şimal Universitetinin prezidenti ilə görüşləri haqqında informasiyalar verilib.

Bundan əlavə, nəşrdə “Kosmik konstruksiyalardan fundamental elmə uzanan yol”, “Naxçıvanın duz möcüzəsi: Duzdağ dünya səviyyəli kurorta çevrilə bilərmi?”, “Fətəli xan Xoyskinin ictimai-siyasi fəaliyyətinin kulturoloji aspektləri”, “Azərbaycan-Türkiyə Beynəlxalq Arxeoloji Ekspedisiyasının İğdırda 2026-cı il tədqiqatları”, “Milli yaddaş, dövlətçilik və gənclik” başlıqlı məqalələr, eləcə də Akademiyanın ictimai həyatını əks etdirən xəbərlər təqdim olunub.

Qəzetin rus və ingilis dili bölmələrində AMEA-da ötən həftə keçirilən mühüm tədbirləri əks etdirən icmal və xəbərlər dərc edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: