AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) Prezident İlham Əliyevin 21 avqust 2004-cü il tarixli Fərmanına əsasən təsis edilən 15 Sentyabr – Azərbaycanda Bilik Günü münasibətilə sərgi təşkil edilib.
Sərgidə “Heydər Əliyev. Təhsil. Bilik. Məktəb”, “Heydər Əliyev məktəblilərin gözü ilə”, “Azərbaycan təhsili müstəqillik illərində”, “Təhsilimiz dünəndən sabaha”, “Azərbaycan təhsil tarixi”, “Müəllim nüfuzu – şagird məhəbbəti”, “Şuşadan Qoriyə gedən yol”, “Azərbaycan təhsil siyasəti”, “Azərbaycan təhsil tarixi oçerkləri və ilk ali təhsillilərimiz”, “Mirzə Şəfi haqqında xatirələr”, “150 yaşlı Şuşa məktəbi”, “150 yaşlı Şəki məktəbi”, “100 yaşlı Əlisultanlı kənd məktəbi”, “Azərbaycan məktəb və pedaqoji fikir tarixi” və digər nəşrlər nümayiş etdirilir.
Nəşrlərdə Azərbaycan təhsilinin inkişaf tarixi, milli təhsil siyasətinin formalaşması və müxtəlif inkişaf mərhələləri, görkəmli maarifçi və pedaqoqların fəaliyyəti, məktəb və pedaqoji fikir tarixinin mühüm məqamları öz əksini tapıb. Eyni zamanda, Ulu Öndər Heydər Əliyevin təhsilin inkişafına göstərdiyi xüsusi diqqət və qayğı, bu sahədə həyata keçirilən islahatlar və müasir Azərbaycan təhsilinin inkişaf istiqamətləri haqqında məlumatlar təqdim olunur.
Sərgi iki həftə müddətində davam edəcək.
Burada nümayiş olunan ədəbiyyatla kitabxananın saytındakı Elektron kitabxana bölməsində onlayn da tanış olmaq mümkündür.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.