Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

07.08.2024 10:28
  • A-
  • A
  • A+

Zoologiya İnstitutunun əməkdaşı Yenikənd su anbarı ərazisində ekspedisiyada olub

Zoologiya İnstitutunun əməkdaşı Yenikənd su anbarı ərazisində ekspedisiyada olub

Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutunun Paleozoologiya laboratoriyasının müdiri b.ü.f.d., dosent Könül Tapdıqova Mingəçevir Elmi-Təcrübə bazasının əməkdaşları ilə birlikdə Yenikənd su anbarından zooplankton nümunələri toplayıblar.

Materialların toplanması zamanı hidrobiologiyada qəbul olunuş ümumi metodlardan istifadə edilib, su anbarının yuxarı, orta və aşağı hissələrindən kəmiyyət, bitkilərlə zəngin sahil sularından isə keyfiyyət nümunələri götürülüb. Ov aləti kimi Apşteyn toru və müxtəlif ölçülü kəfkirlər tətbiq olunub. Toplanmış nümunələr yerindəcə etiketlənib və laborator analizlər üçün fiksə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: