Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

16.08.2024 10:04
  • A-
  • A
  • A+

Pamukkale Universitetinin professoru Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub

Pamukkale Universitetinin professoru Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub

Türkiyənin Ege bölgəsində Dənizli vilayətində yerləşən, 1992-ci ildə təsis edilmiş Pamukkale Universitetinin (PAÜ) professoru Nergis Biray Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində qonaq olub.

Pamukkale Universitetinin Humanitar və Sosial elmlər fakültəsinin Çağdaş türk ləhcələri və ədəbiyyatı şöbəsinin müdiri professor Nergis Biray 2020-ci ildə Qazax dili və mədəniyyəti sahəsində apardığı elmi araşdırmalara və Qazaxıstan Universitetləri ilə Pamukkale Universiteti arasında əməkdaşlığın inkişafına verdiyi töhfələrə görə “Qazaxıstan Xalq Assambleyasının yaradılmasının 25 illiyi” münasibətilə mükafata layiq görülüb. 2023-cü ildə isə Türk Dil Qurumunun Elmi Şurasının baş üzvü seçilib. O, həmçinin “Çağdaş Türk lehçeleri” (İki cilddə), “Ahmet Baytursunlu”,  “Türkmen şairi Nurmuhammed” və s. kitabların müəllifidir.

Azərbaycan dili, ədəbiyyatı, mədəniyyəti haqqında zəngin məlumata malik olan Nergis Biray Nizami Muzeyinin ekspozisiyasını böyük zövq və maraqla gəzib. Professor muzeyin ekspozisiyası ilə filologiya üzrə fəlsəfə doktoru Nərmin Əliyevanın təqdimatında yaxından tanış olub. Ortaq ədəbiyyatımız, mədəniyyətimizlə bağla geniş məlumata sahib olmaqla yanaşı, görkəmli şəxslərin həyat və yaradıcılığını əks etdirən ekspozisiyanı canlı seyr etmək hissi qonağımızı daha da qürurlandırıb. 

Sonda Nergis Biray “Rəy kitabı”na ən gözəl arzusunu, web-sayt vasitəsilə Nizami muzeyini bütün türk dünyasına tanıtmağı, bunun bir örnək olacağının gərəkliyini  qeyd edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: