Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Marsda küləyin sürətini 3D formatında ölçən anemometr hazırlanıb
16.08.2024 14:26
  • A-
  • A
  • A+

Marsda küləyin sürətini 3D formatında ölçən anemometr hazırlanıb

ABŞ və Kanadalı alimlər, Marsda küləyin sürətini ölçə bilən yüksək həssas cihaz hazırlayaraq Qırmızı Planetin sirrini açmaq üçün mühüm addım atıblar.

İllərdir Marsda çalışan elm adamları, Qırmızı Planetin çətin şərtlərini vurğulayırlar. Marsda havanın temperaturu gün ərzində onlarla dərəcə Selsi dəyişə bilər. Təəssüf ki, Yerdən çox fərqli atmosferə malik olan planetdə küləyin sürətini təyin etmək alimlər üçün çox çətinləşir. Lakin alimlər tərəfindən hazırlanmış yeni anemometr sayəsində bu çətin proses kifayət qədər sadələşir. Tufts Universiteti tərəfindən də sınaqdan keçirilmiş cihaz, əvvəlki anemometrlərdən 10 dəfə daha sürətli və dəqiqdir. Bu, alimlərin Marsdakı sirri açmaq üçün mühüm addım hesab olunur.

Qazın və havanın hərəkət sürətini ölçən yeni anemometr cihazı, Marsdakı havadan səs impulslarının nə qədər vaxt keçdiyini müəyyən etmək üçün ultrasəs emitentlərindən istifadə edən pyezoelektrik çeviricilərdən ibarətdir. Alimlər, dalğaların necə irəli və tərs hərəkət etdiyini təhlil edərək küləyin sürətinin üçölçülü təsvirini yarada bilərlər. Tədqiqatda iştirak edən alimlər, 1 sm/san sürətlə hava titrəyişlərini qeydə almağa müvəffəq olublar. Ortaya çıxan nəticə əvvəlki anemometrlərin həssaslıq həddindən onlarla dəfə az olub. The Journal of the Acoustical Society of America-dan Robert White bu barədə bunları söyləyib: "Tez və dəqiq ölçməklə biz ümid edirik ki, təkcə orta küləkləri deyil, həm də turbulentliyi və dalğalanan küləkləri də ölçə bilərik. Bu, bu yaxınlarda Marsda uçan Ingenuity helikopteri kimi kiçik roverlər üçün problem yarada biləcək atmosfer dəyişənlərini başa düşmək üçün vacibdir".

Elm adamları, yeni anemometri külək tunelində Marsdakı şəraitə bənzər şərait yaradaraq sınaqdan keçiriblər. Sınaqlarda cihaz, küləyin sürətini saniyədə yüzlərlə dəfə qeyd edib və məlumat xətası nisbəti yalnız yüzdə 0.14 olaraq qeyd alınıb. Gələcəkdə bu cihazın Marsda istifadə ediləcəyi və Qırmızı Planetə dair bəzi sual işarələrini aradan qaldıracağı gözlənilir.

technote.az

  • Paylaş: