Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Dendrologiya İnstitutu COP 29-a həsr olunmuş bağlı beynəlxaq konfrans keçirəcək
19.08.2024 11:35
  • A-
  • A
  • A+

Dendrologiya İnstitutu COP 29-a həsr olunmuş bağlı beynəlxaq konfrans keçirəcək

30 sentyabr 2024-cü il tarixində Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun təşkilatçılığı ilə “Qarabağ ekosistemlərinə antropogen faktorların və iqlim dəyişikliklərin təsiri” mövzusunda beynəlxaq konfrans keçiriləcək.

Qarabağ ekosistemlərinə antropogen faktorların və iqlim dəyişikliklərin təsiri” mövzusunda beynəlxaq konfrans BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 20-ci sessiyası (COP29) -a həsr edilib.

Konfransın keçirilməsində əsas məqsəd iqlim dəyişmələri, onların ətraf mühitə təsiri məsələlərini biologiya sahəsində çalışan alim və mütəxəssislərlə müzakirə etmək, çıxış yollarını axtarıb tapmaq üçün fikir mübadiləsi aparmaq, beynəlxalq təcrübəni bölüşməkdir.

Konfrans Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçiriləcək.

Konfransın elmi istiqamətləri:

- Qlobal iqlim dəyişkənliyinin təbii və texnogen mənbələri;

- Qlobal iqlim dəyişməsinin biomüxtəlifliyə təsiri;

- Qarabağ ərazisində torpağın və su hövzələrinin çirklənməsində antropogen amillərin rolu;

- İqlim dəyişilməsi şəraitində qida təhlükəsizliyi və insan sağlamlığı;

- Zərərverici və xəstəliktörədicilərin aqrosenozu, meşə ekosisteminə təsiri və onlara qarşı mübarizə yolları;

- Təbii bitki resrusları və landşaft memarlığı;

- Nadir və nəsli kəsilməkdə olan bitkilərin müasir üsullarla çoxaldılması və reintroduksiyası;

- İstixana qazı emisyonları ve fosil yanacaqlardan istifadənin iqlim dəyişkənliyində rolu;

- İqlim dəyişkənliyi şəraitində ağıllı şəhər və kəndlərin salınmasının əhəmiyyəti;

- COP 29 – un ətraf mühitin mühafizəsi və bioloji tarazlığın bərpasında rolu.

Konfransın dili: ingilis, rus dili

Tezis və məqalələrin göndərildiyi məktubun mövzu yerində “Qarabağ ekosistemlərinə antropogen faktorların və iqlim dəyişikliklərin təsiri” beynəlxaq konfras sözlərinin yazılması tələb olunur. Tezis və məqalələrin faylının (Word) adı birinci müəllifin latın hərfləri ilə yazılmış soyadı və adı ilə başlanmalıdır.

Məqalə və tezislərin tərtibat qaydaları

Tezisin adından yuxarıda sağdan aid olduğu seksiyanın nömrəsi göstərilir və sonra bir sətir buraxılır.

Tezisin mətni:

Tezislər Word A4 formatında, Arial 11 pt şrifti ilə (sahələr: hər tərəfdən 2 sm qoyulmaqla), sətirlərarası 1 olmaqla, ən çoxu 1 səhifə həcmində olmalıdır. Abzaslar arasında məsafə qoyulmur, mətn hər iki tərəfdən düzləndirilir.

Tezisin adı ortadan böyük hərflərlə BOLD (qara) şriftlə, bir sətir buraxdıqdan sonra növbəti sətirdə ortadan BOLD şriftlə tezisin məlliflərinin ad və soyadları (ad açıq yazılır), bir sətir buraxdıqdan sonra ortadan italik şrifti ilə hər müəllifin iş yeri, ölkəsi, korrespondent* müəllifin e-mail ünvanı verilir.

Bir sətir buraxıldıqdan sonra abzasdan (abzas - 1 sm) adi şriftlə əsas mətn başlanır.

Tədqiqatın məqsədi: maks. 100 söz, material və metodlar: maks. 150 söz, nəticələr: maks. 200 söz.

Beynəlxalq konfransa göndərilən məqalələrin tam mətninin həcmi 5 səhifəni keçməməlidir.

Tezis və məqalələr 16 avqust 2024-cü il tarixindən qəbul edilir. Tezis və məqalələrin göndərilməsi üçün son tarix 25 sentyabr 2024-cü ildir.

Tezislər cop29dendrologiya@gmail.com elektron ünvanına göndərilməlidir.

Tel.: (+994 51) 329 01 00; (+994 77) 300 31 73

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: