Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Dendrologiya İnstitutu ümumrespublika müsabiqəsi elan edir
26.07.2024 14:26
  • A-
  • A
  • A+

Dendrologiya İnstitutu ümumrespublika müsabiqəsi elan edir

Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutu “Yaşıl həyat” mövzusunda ümumrespublika bilik yarışı elan edir.

“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş müsabiqənin keçirilməsinin məqsədi  milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunmasına, iqlim dəyişikliyinin qarşısının alınmasına diqqət çəkmək və proseslərə gənclərin daha fəal cəlb edilməsini təşviq etmək məqsədi daşıyır.

Müsabiqə məktəb, orta və ali təhsil tələbələrinin təqdim etdiyi şeir, mahnı, rəqs, foto və əl işlərindən ibarət  olacaq.

Şeir təqdimatının əsasnaməsinə əsasən, seçilmiş şeirin mövzuya uyğunluğu, məzmuna uyğun jest və mimikalardan, səs tonundan, intonasiyadan məqsədyönlü istifadə   edilməsi, nitqin aydınlığı, səlisliyi, ifadəliliyi, düzgünlüyü və ifa üçün ayrılmış vaxta riayət edilməsi əsas meyarlardır.

Mahnı və rəqs təqdimatı vətənə məhəbbət hisslərinin yüksəldilməsi, həmçinin vətən torpağının səfalı yaylaqlarını, meşələrini  tərənnüm edən mahnı və rəqslər olmalıdır.

Foto rəsm əl işlərindən ibarət əsərlər isə qlobal iqlim dəyişkənliyinin ekoloji mühitə təsiri mövzusunu əks etdirməkdir. Rəsm əsərlərinin işlənmə texnikası sərbəstdir (qələm, quaş, akvarel, pastel, yağlı boya, akril və s.) və ölçüsü ən azı A4 formatında olmalıdır, Təsvirlər süni intellekt aləti və ya alqoritmindən istifadə etməklə, rəngli və yüksək keyfiyyətli formada, gəncin özü tərəfindən yaradılmalıdır.

Müsabiqədə yaş məhdudiyyəti yoxdur.

Müsabiqədə iştirak etmək istəyənlər təqdimatları haqqında məlumatı qeyd etməklə, əlaqə nömrəsini, oxuduğu məktəb və ya təsviri sənətlə məşğul olduğu tədris mərkəzinin adını qeyd etməli, təqdimatlarını sentyabırın 1-dək arazli.tunzale@mail.ru ünvanına göndərməlidirlər.

İlk üç yerin qalibinə fəxri diplom və mükafat veriləcək.

Müsabiqənin yekun sərgisi sentyabırın 10-da Dendrologiya İnstitutunda keçiriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: