Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Xoşbəxt Yusifzadə qiraətləri” adlı beynəlxalq konfrans keçiriləcək
02.12.2024 09:50
  • A-
  • A
  • A+

“Xoşbəxt Yusifzadə qiraətləri” adlı beynəlxalq konfrans keçiriləcək

Elm və Təhsil Nazirliyinin Neft və Qaz İnstitutunun təşkilatçılığı, SOCAR və BP şirkətlərinin sponsorluğu ilə 4-5 dekabr 2024-cü il tarixlərində “Xəzər regionunun neftqazlılığı və geoekoloji” problemləri mövzusunda “Xoşbəxt Yusifzadə qiraətləri” adlı beynəlxalq elmi konfrans keçiriləcək. 

Konfrans “Xəzərin geoloq fatehi”, böyük alim və elm təşkilatçısı, Xəzər dənizində 20-dən artıq neft və qaz yatağı, o cümlədən “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının kəşfinə bilavasitə rəhbərlik və iştirak etmiş akademik Xoşbəxt Yusifzadənin xatirəsinə həsr olunub. Konfransın məqsədi neft-qaz axtarışı sahəsində yeni elmi metod və texnologiyaların tətbiqinin yeni neft və qaz yataqlarının öyrənilməsində tətbiqi, o cümlədən neft və qaz yataqlarının istismarında qarşıda duran texnoloji və ekoloji problemlərin müzakirəsidir.

Konfrans çərçivəsində ETN Neft və Qaz İnstitutu və Serqo Orconikidze adına Rusiya Dövlət Geoloji Kəşfiyyat Universiteti tərəfindən modelləşdirilmə məktəbi təşkil ediləcək. Məktəbdə “Geoloji proseslərin və karbohidrogen sistemlərinin modelləşdirilməsi” adlı təlim kursunun keçirilməsi nəzərdə tutulur. Konfransın işində 10-a yaxın ölkədən alimin iştirak etməsi planlaşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: