Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Dendrologiya İnstitutunun əməkdaşlarının məqaləsi Rusiyada nəşr olunub
15.01.2025 10:32
  • A-
  • A
  • A+

Dendrologiya İnstitutunun əməkdaşlarının məqaləsi Rusiyada nəşr olunub

Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun elmi əməkdaşları böyük elmi işçi Vüsalə Bədəlova və biologiya elmləri doktoru, dosent Zümrüd Məmmədovanın “Azərbaycanda ilk dəfə yetişdirilən Passiflora incarnate L. növünün yarpaqlarının morfometrik göstəriciləri” adlı məqaləsi Rusiya Elmi İstinad İndeksi (RİNÇ), Google Scholar elmi nəşrlər bazalarına daxil olan “Bitki biologiyası və bağçılıq: nəzəriyyə, innovasiyalar” jurnalında dərc edilib.

“Bitki biologiyası və bağçılıq: nəzəriyyə, innovasiyalar” tematik əsasda seçilmiş məqalələrin dövri nəşridir. Jurnalın ən mühüm vəzifələri botanika, təbiətin mühafizəsi, təbiət qoruqlarının idarə edilməsi, introduksiya və bitki seleksiyası, dendrologiya, gülçülük, landşaft dizaynı, biotexnologiya, biokimya, fiziologiya və reproduktiv biologiya sahəsində elmi və praktiki nailiyyətlərin ümumiləşdirilməsi, bitkiçilik, aqroekologiya, entomologiya və fitopatologiya, meyvəçilik və digər sənaye sahələrini əhatə edir.

Jurnal Rusiya Elmi İstinad İndeksi (RİNÇ), Avropa və Amerikanın ən böyük elmi nəşriyyatlarından ən çox nəzərdən keçirilən Google Scholar beynəlxalq elmi jurnallar bazalarında indeksləşir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: