Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Mikrobiologiya elminə ağır itki üz verib
09.07.2024 20:54
  • A-
  • A
  • A+

Mikrobiologiya elminə ağır itki üz verib

AR Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutunun Su mikrobiologiyası laboratoriyasının müdiri b.ü.f.d., dos., institutun Həmkarlar təşkilatının sədri Anar Teyyub oğlu Hüseynov iyulun 9-da qəflətən vəfat edib.

Anar Hüseynov 1979-cu il iyunun 24-də Beyləqan rayonunun Kəbirli kəndində anadan olub. 1996-2000-ci illərdə Bakı Dövlət Universitetinin Biologiya fakültəsində təhsil alaraq universiteti fərqlənmə diplomu ilə bitirib. 2000-ci ildə həmin universitetin “Mikrobiologiya və virusologiya” ixtisası üzrə magistr pilləsinə daxil olub və 2002-ci ildə magistr pilləsini də fərqlənmə diplomu ilə bitirib.

2003-cü ildə BDU-da “Mikrobiologiya” ixtisası üzrə doktoranturaya daxil olaraq, 2006-cı ildə bitirib və dissertasiya işini uğurla müdafiə edərək biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.

2007-ci ildən Mikrobiologiya İnstitutunda kiçik elmi işçi kimi fəaliyyətə başlayan Anar Hüseynov 2016-cı ildən laboratoriya müdiri vəzifəsinə seçilib və ömrünün sonuna kimi həmin vəzifəni şərəflə yerinə yetirib.

2016-cı ildən, həmçinin Mikrobiologiya İnstitutunun Həmkarlar təşkilatının sədri seçilərək ömrünün sonuna qədər bu vəzifəni də layiqincə yerinə yetirib.

İşlədiyi müddət ərazində elmi fəaliyyətində Xəzər dənizinin və çay sularının, bulaqların mikrobiosenozunun ekoloji vəziyyətinin dəyişilmə dinamikası haqqında kifayət qədər faktiki material toplamış, suyun və qruntun avtoxton mikrobiotasının tərkibi və yayılması qanunauyğunluqları müəyyən edərək bu sahədə tanınmış mütəxəssis kimi özünü təsdiq etmişdir.

Yerli və xarici nəşrlərdə dərc edilən 100-dən çox elmi məqalə, tezis və konfrans materiallarının müəllifi olub.

Kadr hazırlığında və institutun ictimai fəaliyyətində səmərəli çalışırdı.

Mikrobiologiya İnstitutunun Su mikrobiologiyası laboratoriyasının müdiri b.ü.f.d., dos., Anar Hüseynovun xatirəsi onu sevənlərin, tanıyanların, institutun kollektivinin qəlbində hər zaman yaşayacaqdır.

Allah rəhmət eləsin!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: