AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə Nizami Gəncəvi əlyazmalarının tədqiqi şöbəsinin müdiri fil.ü.f.d. Rəna İskəndərlinin müəllifi olduğu “Şəmsəddin Saminin “Qamusul-elam” əsərində təbrizli müəlliflər” kitabı işıq üzü görüb.
Kitabda yer alan geniş “Ön söz”ün müəllifi də Rəna İskəndərlidir.
Əsər Tənzimat dövrünün tanınmış türk müəllifi, dilçi-alim Şəmsəddin Saminin (1850-1904) “Qamusul-elam” lüğətində qeyd edilən təbrizli müəlliflərə həsr olunub. Qeyd etmək vacibdir ki, kitab Azərbaycan ədəbiyyatı tarixinin inkişaf mərhələlərinin öyrənilməsində yararlı ola bilər. Belə ki, burada müxtəlif mənbə və ədəbiyyatdan istifadə olunaraq orta əsrlərdə Təbriz şəhərində yaşayıb-yaratmış görkəmli ədib və şairlər haqqında məlumat təqdim edilib.
Qeyd edək ki, yeni nəşrin elmi redaktoru fil.ü.f.d. Elnurə Babayeva, rəyçisi Rüxsarə Məmmədovadır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.