Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Avrasiyada Biomüxtəliflik - SEAB 2024” adlı VII beynəlxalq simpozium keçiriləcək
23.07.2024 12:35
  • A-
  • A
  • A+

“Avrasiyada Biomüxtəliflik - SEAB 2024” adlı VII beynəlxalq simpozium keçiriləcək

22-24 avqust 2024-cü il tarixlərində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin  Dendrologiya İnstitutu (Azərbaycan), Odlar Yurdu Universiteti (Azərbaycan), Ərzurum Texniki Universiteti (Türkiyə), Atatürk Universiteti (Türkiyə), Muğla Sıtkı Koçman Universiteti (Türkiyə), Al-Farabi Qazax Milli Universiteti (Qazaxıstan), Bitki Biologiyası və Bioteхnologiyası İnstitutu (Qazaxıstan), Hüceyrə Biologiyası və Genetik Mühəndisliyi İnstitutu Ukrayna Milli Elmlər Akademiyası (NASU) Kiyev, (Ukrayna), Kiyev Taras Şevçenko Milli Universiteti (Ukrayna), Gürcüstan Kənd Təsərrüfatı Elmləri Akademiyası Batumi (Gürcüstan), Rusiya Dövlət Aqrar Universiteti, (Rusiya), Belarus Dövlət Universitetinin (Belarus) birgə təşkilatçılığı ilə Türkiyənin Ərzurum şəhərində  “Avrasiyada Biomüxtəliflik - SEAB 2024” adlı VII beynəlxalq simpoziumu keçiriləcək.

SEAB 2024, Avrasiya və dünya üzrə tədqiqatçıları bir araya gətirərək ən son elmi tapıntıları paylaşmaq, multidisiplinar əməkdaşlıqlar qurmaq və qlobal ətraf mühit problemlərinə yenilikçi həllər axtarmaq məqsədini daşıyır.

SEAB 2024 TÜBİTAK 2223 - Beynəlxalq tədbir təşkilati dəstək alıb, bu da iştirakın pulsuz olmasını təmin edir.

Simpoziumun rəsmi dili ingilis dili olsa da, təqdimatlar türk, Azərbaycan, ingilis və rus dillərində edilə bilər.

Qeyd edək ki, Bakı, Kiyev, Minsk, Antalya kimi şəhərlərdə keçirilmiş uğurlu simpoziumların ardından, 22-24 avqust 2024 tarixlərində Erzurumda (və ya onlayn olaraq) keçiriləcək.

https://seabsymp.com/

Simpozium e-poçt ünvanları: seabsymp@gmail.com, seabsymp@erzurum.edu.tr

Emine KARACA SULUKOĞLU: +904445388 (2693), emine.karaca@erzurum.edu.tr

Mesut AKYÜZ: +904445388 (2198), mesut.akyuz@erzurum.edu.tr

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: