Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

21.08.2024 14:27
  • A-
  • A
  • A+

Coğrafiyaçı alim “Yay Fest” festivalında çıxış edib

Coğrafiyaçı alim “Yay Fest” festivalında çıxış edib

AR Gənclər Fondunun və “İDEA” İctimai Birliyinin təşkilatçılığı ilə Şamaxıda keçirilən Azərbaycanın “Yay Fest” ən böyük gənclər festivalında Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun böyük elmi işçisi c.ü.f.d. Elnur Səfərov aktiv olaraq iştirak edir.

COP29 könüllüləri üçün təşkil edilən “COP həftəsi”ndə elmi işçi “Qlobal iqlim dəyişmələri fonunda Xəzər dənizinin səviyyə problemləri” mövzusunda çıxış edib. O, iqlim dəyişmələrinin Xəzər dənizi regionuna təsiri, xüsusilə dəniz səviyyəsinin enməsi problemi, onun gələcək perspektivdə proqnozu, iqlim dəyişmələrinin regional şəraitə əsasən Azərbaycan ərazisinə təsirindən danışıb, qlobal iqlim dəyişmələrinin su ehtiyatları və kənd təsərrüfatına təsirləri və bütün bu proseslərin nəticələri, xüsusilə ərzaq təhlükəsizliyi sahəsində yarana biləcək problemlərə toxunub.

Çıxış ətrafında aparılan müzakirələr zamanı ölkəmizdə keçiriləcək COP29-un böyük önəm daşıması xüsusi qeyd olunub.

İnteraktiv formada təşkil olunmuş panel müzakirəsində “Yay Fest” iştirakçılarının sualları cavablandırılıb, təkliflər müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: