Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

03.09.2024 14:21
  • A-
  • A
  • A+

Coğrafiya İnstitutunun əməkdaşı gənclərə vikipediya üzrə təlim keçib

Coğrafiya İnstitutunun əməkdaşı gənclərə vikipediya üzrə təlim keçib

Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı, azərbaycandilli vikipediyanın patrulu Aida Aslanova gənc vikipediyaçıların Şəki şəhərində “Gənclər ilə vikipediyanı öyrənək, öyrədək və paylaşaq” adlı yay düşərgəsində təlimçi və təşkilatçı kimi iştirak edib.

Gənclər və İdman Nazirliyinin dəstəyi və “Azərbaycan vikimediaçıları” istifadəçi qrupunun təşəbbüsü ilə Şəki Olimpiya İdman Kompleksində keçirilən tədbirin məqsədi Azərbaycanda Vikimedia hərəkatının gücləndirilməsi, fəal istifadəçilər arasında sıx əlaqələrin və əməkdaşlığın qurulması, yeni gənclərin cəlb edilməsi, istifadəçilərin bacarıqlarının təkmilləşdirilməsi olub.

Coğrafiya İnstitutunun əməkdaşı iştirakçıları Vikipediyanın tarixi, platformanın əsas prinsip və qaydaları ilə tanış edib, onlara açıq mənbəli məlumatın idarə olunması və Vikipediya platformasında effektiv redaktə metodlarını öyrədib, məqalə yaratma, redaktə etmə və mənbələrdən düzgün istifadə üzrə praktiki biliklər təqdim edib.

4 gün müddətində vikipediyada 200 məqalə, Vikimənbədə isə 207 məqalə yerləşdirilib və  Vikianbara (Commonsa) 50-dək Şəki abidələrinin foto şəkilləri yüklənib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: