Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Türk dünyasının arxeoloji irsinin öyrənilməsini əks etdirən layihənin icrasına başlanacaq
16.09.2024 17:52
  • A-
  • A
  • A+

Türk dünyasının arxeoloji irsinin öyrənilməsini əks etdirən layihənin icrasına başlanacaq

Biz gələn ildən etibarən türk dövlətlərinin, türk xalqlarının arxeoloji irsinin öyrənilməsini əks etdirən böyük layihənin icrasına başlayacağıq.

Bu fikirləri açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyev deyib.

“Məqsədimiz Türk dünyasının arxeoloji irsinin tədqiq olunması, ən əsası isə Qarabağda hazırda aparılan və gələcəkdə aparılacaq elmi tədqiqatlara türk dövlətlərinin arxeoloji elmi mərkəzlərini cəlb etməkdir. Tədqiqatların perspektivləri var və biz bu tədqiqatların böyük nəticələr verəcəyinə inanırıq” – deyə, Fərhad Quliyev bildirib.

AzərTac

  • Paylaş: