Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

17.09.2024 15:28
  • A-
  • A
  • A+

“Qarınqulu ayı balası” nağılı udmurt dilində dərc edilib

“Qarınqulu ayı balası” nağılı udmurt dilində dərc edilib

Rusiya Federasiyasında udmurt dilində həftəlik nəşr olunan “Zeçbur!” (Salam!) uşaq və yeniyetmələr qəzetinin növbəti sayında AMEA-nın “Elm” nəşriyyatının direktor müavini Vüqar Haqverdiyevin qələmə aldığı “Qarınqulu ayı balası” nağılı dərc edilib.

Nağılın tərcüməçisi qəzetin baş redaktoru Antonida Yermolina, illüstrasiyanın müəllifi isə gənc rəssam Yekaterina Menzaripovadır.

Qəzetin redaksiyasından verilən məlumata görə, hazırda müəllifin yazdığı digər əsərlər də tərcümə edilir və növbəti aylarda nəşrin “Dünya uşaq ədəbiyyatı ilə tanışlıq” rubrikasında udmurtiyalı uşaqlara təqdim olunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: