AMEA-nın Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədov və həmin institutun Dilçilik şöbəsinin müdiri filologiya elmləri doktoru, dosent Nuray Əliyeva Türkiyənin Ərzurum Atatürk Universitetinin “Çağdaş türk ləhcələri və ədəbiyyatları” bölümünün nəşr etdiyi “Comparative Turkish Dialects and Literatures” (Müqayisəli türk dialektləri və ədəbiyyatları) jurnalının redaksiya heyətinə üzv seçiliblər.
Qeyd edək ki, adıçəkilən e-jurnal Dərgi Park elektron bazasına daxildir. Dərgi Park Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) Milli Akademik Şəbəkə və İnformasiya Mərkəzinin (ULAKBİM) elektron baza reyestridir. 2013-cü ildən fəaliyyət göstərən Dərgi Park akademik və elmi jurnalları elektron sistemdə toplamaq və nəşr etmək xidməti göstərir.
Əməkdaşlarımızın elmi heyətində təmsil olunduqları “Comparative Turkish Dialects and Literatures” beynəlxalq jurnalı “MLA International Bibliography” və “ERIH Plus” bazalarında indeksə malikdir. Jurnal ildə iki dəfə olmaqla türk, ingilis və rus dillərində dərc olunur.
Jurnalla buradan tanış ola bilərsiniz.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.