Ümumrusiya elmi tədqiqatçılar cəmiyyətinin elmi-tədqiqat işləri üzrə XIV beynəlxalq müsabiqəsi keçirilib.
Elm və Təhsil Nazirliyi akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşları, aparıcı elmi işçi N.M.Həsənquliyeva, böyük elmi işci N.V.Şakunova, AMEA-nın müxbir üzvü Y.N.Litvişkov, böyük elmi işçi P.A.Muradova bu müsabiqədə iştirak ediblər.
İnstitut əməkdaşlarının “Effect of extreme high frequency electromagnetic field and hydrothermal processing conditions on the synthesis of nano sized ferrit catalysts for the petrochemical field” adlı elmi məqaləsi III yerə layiq görülüb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.