AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Bolqarıstanın Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetində çalışan alimlərlərlə görüş keçirilib.
Görüşdə Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin Klassik və yeni filologiya fakültəsinin Türkologiya və Altayşünaslıq kafedrasının müdiri professor İrina Sarıivanovna,Yaponşünaslıq kafedrasının müdiri filologiya elmləri doktoru Lyudmila Kirilova və BSU-nun Sofiya Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan dili və Mədəniyyət mərkəzinin müdiri Sofiya Siqayeva iştirak ediblər.
Tədbir çərçivəsində elmi müəssisə ilə Dilçilik İnstitutu arasında əlaqələrin möhkəmləndirilməsi, kitab mübadiləsi və sair məsələlər müzakirə edilib.
İnstitutun direktoru filologiya elmləri doktoru, professor Nadir Məmmədli rəhbərlik etdiyi elmi müəssisənin fəaliyyəti, beynəlxalq əlaqələri haqqında qonaqlara məlumat verib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.