Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

29.04.2026 14:46
  • A-
  • A
  • A+

Dilçilik İnstitutunda türkiyəli alimlə görüş

Dilçilik İnstitutunda türkiyəli alimlə görüş

Türkiyənin Ərzincan Binali Yıldırım Universitetinin dekanı, Atatürk Üniversitesinin professoru Kərəm Karabulut AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda qonaq olub.

Kərəm Karabulut Dilçilik İnstitutunun direktoru filologiya elmləri doktoru, professor Nadir Məmmədli ilə görüşüb.

Səfər zamanı türkiyəli alim Bakıda elmi fəaliyyətini genişləndirmək və təcrübə mübadiləsi aparmaq məqsədilə görüşdüyünü diqqətə çatdırıb. Kərəm Karabulutun elmi işləri əsasən Türkiyə-Azərbaycan sosial-iqtisadi əlaqələri, regional inkişaf mövzularına həsr olunub.

Professor Nadir Məmmədli Dilçilik İnstitutunda aparılan tədqiqatlar haqqında məlumat verib. Nadir Məmmədli institutun fəaliyyətini əks etdirən nəşrlər, müəllifi olduğu “1926-cı il I Türkoloji Qurultay: tarixi zəmində, arxiv sənədlərində, milli mətbuatda” kitabını qonağa hədiyyə edib.

Görüş zamanı müasir elmdə dillərin fərqindən asılı olmayaraq eyni elm daxilində terminlərin semantik unifikasiyası, aktuallığı, yəni qohum dillərdə terminlərin birmənalı uyğunluğu məsələsi müzakirə olunub.

Kərəm Karabulut bildirib ki, iqtisadçıların müasir peşəkar dili - dünya iqtisad elminin çoxəsrlik inkişafının məhsuludur. Son illərdə türk xalqlarının və toplumlarının beynəlxalq əlaqələrinin və birgə araşdırmalarının daha da intensivləşməsi iqtisadi terminologiya sahəsində də əsaslı dönüş yaratmağa gətirib çıxarır. Alim vurğulayıb ki, Türk dillərinin yeni söz və termin yaratmaq imkanlarından daha geniş istifadə edilməlidir. 

Sonda Nadir Məmmədli sualları cavablandırıb. Görüşdə Azərbaycan dilində müasir iqtisadi terminologiya ilə bağlı maraqlı və geniş müzakirələr aparılıb.

Sonra qonaq ADPU –nun Beynəlxalq əlaqələr üzrə prorektoru filologiya elmləri doktoru, pofessor Mahirə Hüseynova ilə görüşüb.  Tərəflər arasında ali təhsil, tələbə və müəllim mübadiləsi, elmi-tədqiqat əməkdaşlığı və birgə layihələrin həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: