Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

26.09.2024 10:20
  • A-
  • A
  • A+

AMEA-da ilk dəfə Akademiklər kitabxanası açılıb

AMEA-da ilk dəfə Akademiklər kitabxanası açılıb

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) mühafizə edilən kolleksiyaların yerləşdiyi Akademiklər kitabxanasının və onun nəzdində olan oxu zalının açılışı olub.

Açılış mərasimində AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AMEA-nın vitse-prezidenti v.i.e., akademik Gövhər Baxşəliyeva və kitabxananın direktoru dosent Hüseyn Hüseynov iştirak ediblər.

Akademik İsa Həbibbəyli bildirib ki, zəngin kitabxana fonduna malik olan Mərkəzi Elmi Kitabxanada 1 milyon 300 mindən çox kitab mühafizə olunur və onların sırasında görkəmli alimlərin və onların ailə üzvlərinin bağışladığı nadir kitablar sırasına daxil edilə biləcək qiymətli əsərlər də var.

Akademiklər kitabxanasının AMEA-da ilk dəfə təşkil olunduğunu deyən akademik İsa Həbibbəyli bu tarixi hadisənin yeniləşən Akademiya istiqamətində atılan addımların tərkib hissəsi olduğunu söyləyib. Bildirib ki, Akademiklər kitabxanası 29 adda kolleksiyadan ibarətdir və MEK-in nadir fondlarından biridir.

Bu zəngin kitabxananın geniş oxucu kütləsi üçün açıq olduğunu deyən akademik İsa Həbibbəyli fonddakı kitablardan hər  kəsin istifadə edə biləcəyini söyləyib.

MEK-in direktoru dosent Hüseyn Hüseynov isə öz növbəsində tədqiqatçı alimlər və geniş oxucu kütləsi üçün dəyərli mənbə hesab olunan kolleksiyalar haqqında məlumat verib. Qeyd olunub ki, MEK istifadəçiləri artıq daha əlçatan şəraitdə, açıq fondda həmin nəşrlərdən rahat şəkildə istifadə edə biləcəklər.

Daha sonra Akademiklər kitabxanasına və oxu zalına baxış keçirilib, xatirə şəkli çəkdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: