Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“XIX əsrin sonu – XX əsrin əvvəlində Osmanlı arxiv sənədlərində Qarabağ” kitabı çapdan çıxıb
30.09.2024 09:40
  • A-
  • A
  • A+

“XIX əsrin sonu – XX əsrin əvvəlində Osmanlı arxiv sənədlərində Qarabağ” kitabı çapdan çıxıb

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Zülfiyyə Vəliyeva Önlenin nəşrə hazırladığı “XIX əsrin sonu - XX əsrin əvvəlində Osmanlı arxiv sənədlərində Qarabağ” kitabı çapdan çıxıb.

Z.Vəliyeva Önlen Osmanlı arxivinin 2009-cu ildə İstanbulda nəşr etdirdiyi və 1590-1920-ci illəri əhatə “Osmanlı belgelerində Karabağ” adlı sənədlər toplusundan XIX əsrin sonu - XX əsrin əvvəlinə aid 44 arxiv materialını tərcümə edərək, öz şərhləri ilə təqdim edib.

Kitabın elmi redaktoru akademik Gövhər Baxşəliyevadır.

Seçilmiş arxiv materiallarında Rusiya tərəfindən ermənilərin Osmanlı dövlətinə qarşı üsyana sövq edilməsi; ermənilər arasında aparılmış təbliğat fəaliyyətləri ilə birlikdə ermənilərin Qarabağda törətdikləri cinayətlər, qətliamlar, ermənilərin siyasi təşkilatları, qəzetləri və onların Avropa ölkələri ilə əlaqələri, rus, alman və gürcü ordu dəstələri ilə birlikdə Azərbaycan ərazilərində ermənilərin törətdikləri cinayətlər və s. öz əksini tapıb.

Z.Vəliyeva Önlen arxiv materiaallarının tərcüməsi və şərhləri ilə birlikdə onların Osmanlı dilindəki orijinal variantlarını və daha əvvəlcə nəşr edilmiş transliterasiya mətnlərini də hazırladığı kitabda təqdim edib. Faksimile və transliterasiya mətnləri daha əvvəlcə nəşr olunan topludan “Osmanlı belgelerində Karabağ”dan alınıb. Tərcümələr, şərhlər isə orijinal və transliterasiya mətnləri ilə müqayisə edilərək şərqşünas alim tərəfindən hazırlanıb.

Kitabda əlavələr sırasında terminlər, toponimlər, Osmanlı dövlətinin idarə və təşkilatları, siyasi təşkilat, qəzet və şəxs adları təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: