Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

30.09.2024 12:02
  • A-
  • A
  • A+

Akademik Şahin Mustafayev Hacı Bayram Vəli Universitetinin rektoru ilə görüşüb

Akademik Şahin Mustafayev Hacı Bayram Vəli Universitetinin rektoru ilə görüşüb

Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev Ankaraya işgüzar səfəri çərçivəsində Hacı Bayram Vəli Universitetinin rektoru, professor Mehmet Naci Bostancı ilə görüşüb.

Görüş zamanı tərəflər elm və təhsil sahələrində türk əməkdaşlığı ilə bağlı əsas məsələləri müzakirə ediblər.

Akademik Şahin Mustafayev türk xalqları arasında əlaqələrin möhkəmləndirilməsində əməkdaşlığın əhəmiyyətini vurğulayaraq “Qaraqalpaq şairi Əciniyaz Kosıbay Ulı” kitabının təqdimatının təşkilində göstərdiyi dəstəyə görə rektora minnətdarlığını bildirib.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: