Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

MEK-də “Tofiq Hacıyev – 90” adlı sərgi təşkil edilib
02.05.2026 09:48
  • A-
  • A
  • A+

MEK-də “Tofiq Hacıyev – 90” adlı sərgi təşkil edilib

Bu gün görkəmli alim, Əməkdar elm xadimi, “Şöhrət” ordenli akademik Tofiq Hacıyevin anadan olmasının 90-ci ildönümüdür. Bu münasibətlə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında sərgi təşkil edilib.

İki həftə müddətində davam edəcək sərgidə ömrünü milli dilçiliyimizin və türkologiyanın inkişafına həsr etmiş fədakar ziyalının elmi-dilçilik məsələləri, türkologiya, tərcümə yaradıcılığı ictimaiyyətə təqdim olunur. Onların sırasında “Seçilmiş əsərləri” ikicildliyi, “Azərbaycan ədəbi dili tarixi (təşəkkül dövrü)”, “Füzuli dili”: dil sənətkarlığı”, “Türklər üçün ortaq ünsiyyət dili”, “Dədə Qorqud: dilimiz, düşüncəmiz”, “Azərbaycan ədəbi dili tarixi” (I, II hissə) və digərləri yer alıb.

Bundan əlavə, türklərin, o cümlədən onların dillərinin tarixindən bəhs edən 5 əsəri – Murad Adcının məşhur “Qıpçaq çölünün yovşanı” (1997), “Sabir: qaynaqlar və sələflər”, həmçinin orta məktəblər üçün “Azərbaycan dili” (IX siniflər üçün), “Azərbaycan dili” (X -XI siniflər üçün) dərslikləri nümayiş etdirilən nəşrlər sırasındadır.

Sərgidəki ədəbiyyatla kitabxananın saytındakı elektron kitabxana bölməsində onlayn şəkildə də tanış olmaq mümkündür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: