AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Şərqşünaslıq elminin tarixi və nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi, pedaqogika üzrə fəlsəfə doktoru Lalə Mikayılzadə sentyabrın 29-da Türkiyənin İstanbul şəhərində keçirilən Türk dünyasının böyük düşüncə adamı İsmayil Qaspıralının vəfatının 110-cu ildönümünə həsr olunmuş “Unityin language, work, opinion” (“Dildə, işdə, fikirdə birlik”) adlı beynəlxalq elmi konfransda iştirak edib.
Konfransa onlayn qatılan alim Pedaqogika, psixologiya və sosiologiya bölməsinə moderatorluq edib, həm də “Ermənilərin fitrətində olan nekrofiliya və sadomazoxizm halları” mövzusunda məruzə edib. Məruzədə Azərbaycan xalqının başına gətirilən soyqırımı, cinayətlər, müsibətlərdən, erməni silahlı birləşmələrinin Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olan Xocalı şəhərində törətdikləri və dünyanı dəhşətə gətirən qətliamdan bəhs edilib. Xocalı qətliamı XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş Xatın, Xirosima faciələrinin oxşarıdır. Məruzədə Xocalı soyqırımının epizodları açıq şəkildə nekrofiliya və sadomazoxizm halları kimi qiymətləndirilir və təhlil edilib, bildirilib ki, Azərbaycana qarşı ermənilərin törətdikləri qətliam nekrofiliyanin göstəricidir. Məqalədə belə soyqırımlar, amansız terror aktları, insanlığa qarşı dəhşətli qətliamlara son qoyulması üçün bütün sağlam qüvvələrin birləşməsi məsələri də təhlil edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.