Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

13.01.2016 17:12
  • A-
  • A
  • A+

Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyası qiymətli eksponatlarla zənginləşir

Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyası qiymətli eksponatlarla zənginləşir

Son zamanlar AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi qeyri-adi qiymətli zərgərlik məmulatları və bəzək əşyaları ilə zənginləşir.

Bu yaxınlarda muzey tarixi əhəmiyyətə malik milli zərgərlik məmulatı olan Sinəbənd, Rusiya məmulatı olan ətir qabı və Avropa dövlətlərinə məxsus olan qadın əl çantası əldə edib. Bu qiymətli materialların XIX əsrin sonu XX əsrin əvvəllərinə aid olduğu müəyyənləşdirilib.

Qızıl suyuna salınmış gümüş Sinəbənd şəbəkə işləmədir. Sinəbəndin mərkəzi ikiqat şəbəkəlidir, gül təsvirli lövhəyə rəngli qaşları olan ay-ulduz, üzərinə isə mirvari ilə bəzədilmiş balıq asmalar düzülmüşdür.

Rusiyaya məxsus ətirqabı gümüşdəndir. Çəkisi 21,6 qr.-dır. 

Avropa dövlətlərinə xas olan gümüş metaldan qadın əl çantası isə kiçik ölçülü, narın tordandır. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: