Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşlarının Scopus bazasında indeksləşən “Eurasian Journal of Chemistry” jurnalında “Mikrowave Solid-Phase Synthesis of Ni-Co Ferrites and their Activities in Liquid-Phase Oxidation of m-Xylene” (Mikrodalğalı bərkfazalı Ni-Co ferritlərin sintezi və onların m-ksilolun mayefazalı oksidləşməsində aktivliyi) adlı məqaləsi çap olunmuşdur.
Təqdim olunan işdə mikrodalğalı bərkfazalı sintez metodu ilə hazırlanmış mono- və ikiqat əvəzolunmuş kobalt və nikel ferritlərin meta-ksilolun toluik turşusuna mayefazalı oksidləşməsi reaksiyasında aktivliyi öyrənilmişdir. Müəyyən olunmuşdur ki, təqdim olunan nümunələr arasında Ni0, 2Co0, 4Fe2O4 tərkibli ikiqat əvəzolunmuş şpinel quruluşlu ferritlərin iştirakı ilə induksiya dövrü ən az və ilkin oksigen udma sürəti ən çox olmuşdur. İlkin ksilol radikallarının yaranması mərhələsində, Ni0, 2Co0, 4Fe2O4 katalizatorunun aktiv səthinin və m-ksilolun həcmi konversiyanın rolunu müəyyən etmək üçün induksiya dövründən asılılığı öyrənilmişdir. Bundan əlavə, m- ksilolun oksidləşməsi prosesində, heterogen katalizatorun ümumi səthinin m-ksilolun reaktora yüklənmiş həcminə nisbətilərində (S/V), oksigenin udulma sürətinin inqibitorun verilmə vaxtından asılılığı tədqiq olunmuşdur. Məqsədli məhsul m-toluik turşusunun selektivliyinin katalizator nümunələrinin xüsusi səthindən asılılığı müəyyən olunmuş və göstərilmişdir ki, nisbətən kiçik ölçülü xüsusi səthə malik kobalt ferrir iştirakı ilə əlavə məhsul, m- metilbenzil spirtinin selektivliyi artır, m- toluik turşusunun sellektivliyi isə azalır. Göstətilmişdir ki, ilkin mərhələdə (5-10 dəq.), yəni, radikal zəncirvari reaksiyanın artmadığı vaxtda, mono əvəzolunmuş ferritlərlə müqaisədə, Ni0, 2Co0, 4Fe2O4 tərkibli ikiqat əvəzolunmuş ferritlər iştirakı ilə m-ksilolun oksidləşməsində alınan məhsul -metilbenzilhidroperoksidin (m-toluik turşusunun alinması zamanı əsas aralıq məhsul) başlanğıc əmələgəlmə sürəti daha yüksək olur. M-ksilolun heterogen katalitik konversiyasının inkişaflı gedişi şəraitində, mono- və ikiqat əvəzolunmuş Ni-Co ferritlərlə müqaisədə ikiqat əvəzolunmuş ferritlərin aktivliyi, sərbəst radikalların heterogen yaranma sürəti və aralıq məhsul - m- toluol aldehidinin m- toluik turşusuna heterogen konversiyası daha yüksək olur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.