Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
01.10.2024 17:03
  • A-
  • A
  • A+

“Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb.

Tədqiqat Ədəbiyyat İnstitutunun “Sənətkarın elmi pasportu - 52” seriyası çərçivəsində çap olunub.

Monoqrafiyanın elmi redaktoru filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli, rəyçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Elmira Qasımlıdır. 204 səhifəlik kitab “Elm və təhsil” nəşriyyatında çap olunub.

Dörd fəsildən ibarət monoqrafiya bu mövzuya həsr edilmiş ilk elmi-tədqiqat işidir. Ədibin şeirləri, dram əsərləri və nəsri öz dövrünün ilk mənbələri əsasında tədqiqata cəlb olunub. Cəmo bəy Cəbrayılbəyliyə məxsus “Vətən marşı”nın nəşr tarixi və “Azərbaycan marşı”na çevrilmə səbəbləri, bu şeirin yanlış olaraq Əhməd Cavada aid edilməsi incələnərək faktlar əsasında obyektiv dəyərləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: