Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Azərbaycan Respublikasının Konstitusiyası Prezident İlham Əliyevin həyata keçirdiyi milli inkişaf strategiyasının təməl daşlarından biridir
11.11.2026 12:10
  • A-
  • A
  • A+

Azərbaycan Respublikasının Konstitusiyası Prezident İlham Əliyevin həyata keçirdiyi milli inkişaf strategiyasının təməl daşlarından biridir

Azərbaycan Respublikasının Konstitusiyası Prezident İlham Əliyevin həyata keçirdiyi milli inkişaf, hüquqi dövlət quruculuğu və suverenlik strategiyasının təməl daşlarından biridir. Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu Konstitusiya ideologiyası Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun şəkildə davam etdirilir. Ölkədə qanunun aliliyi, insan hüquq və azadlıqlarının qorunması dövlət siyasətinin mərkəzində dayanır.

Ümummilli Lider Heydər Əliyevin hüquqi, dünyəvi, demokratik dövlət quruculuğu problemini qəti şəkildə qarşıya qoyması və bu həyati vacib məsələnin həlli yolunda lazımi addımların atılması müstəqil ölkənin konstitusiyasının hazırlanmasını və qəbul edilməsini təxirəsalınmaz vəzifələrdən biri kimi zəruri edirdi. Belə vəzifənin qarşıya qoyulması, əslində, Azərbaycan cəmiyyətinin real tələbatı ilə şərtlənirdi. Çünki ölkənin ictimai-siyasi, sosial, iqtisadi, mədəni həyatında, beynəlxalq əlaqə və münasibətlərində nəzərə çarpacaq dönüş yaranmış, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlanmış, vətəndaşların və dövlətin qarşılıqlı məsuliyyətinə əsaslanan dövlətçiliyin və sosial sabitliyin təməli qoyulmuşdu. Əslində, dövlət cəmiyyətin bütövlüyünün, inkişafının etibarlı təminatçısına çevrilmişdi. Deməli, əldə olunmuş nailiyyətlərin siyasi-hüquqi baxımdan təsbit olunmasına və ölkənin real tərəqqisi perspektivlərinə yol açan başlıca istiqamətlərin müəyyənləşdirilməsinə ehtiyac yaranmışdı. Bu imkanların həyata keçirilməsində mövcud reallıqları nəzərə alan və ciddi elmi, siyasi, hüquqi əsaslara istinad edən ölkə Konstitusiyasının hazırlanması dövrün obyektiv tələbatına çevrilmişdi. Dahi lider Heydər Əliyev müstəqil Azərbaycanın ilk Konstitusiyasına münasibətdə hansı məsələlərə vətəndaşların, xüsusən gənclərin ciddi diqqət yetirməsini vacib sayırdı.

Xüsusilə XX əsrdə keçdiyimiz tarixi yol Konstitusiya təcrübəsi baxımından diqqəti cəlb edir. Bu əsrdə dörd Konstitusiya qəbul olunmuşdur. Birinci Konstitusiya 1921-ci ildə, ikincisi 1937-ci ildə, üçüncüsü 1978-ci ildə, nəhayət, dördüncü Konstitusiya 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi - referendum nəticəsində qəbul edilmişdir. Bu, keçmiş konstitusiyalardan tamamilə fərqli olan yeni Konstitusiyadır - müstəqil Azərbaycan Respublikasının, Azərbaycanın hər bir vətəndaşının doğma Konstitusiyasıdır. Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkə Konstitusiyasında mühüm dəyişikliklər edilib (2002, 2009 və 2016-cı illərdə). Bu əlavələr idarəçilik mexanizmlərinin təkmilləşdirilməsinə, sosial dövlət prinsiplərinin gücləndirilməsinə və vətəndaş hüquqlarının daha etibarlı təminatına xidmət edir.

Günel MƏLİKLİ, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Sosial psixologiya şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

  • Paylaş: