Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

04.10.2024 10:09
  • A-
  • A
  • A+

İdarəetmə Sistemləri İnstitutunun əməkdaşı beynəlxalq elmi seminarda iştirak edib

İdarəetmə Sistemləri İnstitutunun əməkdaşı beynəlxalq elmi seminarda iştirak edib

Monqolustanın Ulanbator şəhərində Cənubi Koreyanın İnformasiya Kommunikasiya Texnologiyaları və Elm Nazirliyi, KAİST və Seul Milli Universitetlərinin dəstəyi, Monqolustanın Rəqəmsal İnkşaf, İnnovasiya və Rabitə Nazirliyi və Rabitə Tənzimləmə Komissiyası tərəfindən təşkil olunmuş “Texnologiyadan Transformasiyaya: Hökumətdə Süni İntellektə əsaslanan gələcək” (Global Digital R&DB Hub Seminar - From Technology to Transformation: AI-Driven Future in Government) adlı beynəlxalq rəqəmsal seminar keçirilib.

Seminarda Asiya və Cənubi Koreya ölkələrinin elmi ictimaiyyəti, dövlət və özəl sektordan olan nümayəndələri iştirak ediblər.

Tədbirdə Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun böyük elmi işçisi, t.ü.f.d. İlahə Rzayeva “Azərbaycanın Rəqəmsal Kəmər və Yol layihəsində rolu” (Azerbaijan in Digital Belt and Road Project) adlı təqdimatla çıxış edib. Təqdimat seminar iştirakçılarının marağına səbəb olub, mövzu ətrafında müzakirələr aparılıb və suallar cavablandırılıb.

Seminar çərçivəsində dünyanın qabaqcıl alimləri tərəfindən süni intellekt sahəsində ən son nailiyyətlərlə bağlı məlumatlar təqdim olunub, Koreya və Asiya ölkələri arasında əməkdaşlıq perspektivləri müzakirə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: