AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Yaxşıxanım Nəsirova Türkiyənin Ərzurum şəhərində Atatürk Universiteti tərəfindən təşkil olunmuş III beynəlxalq Türkiyə və dünya qadın araşdırmaları konfransında “Adını tarixə yazdırmış qadınlar” adlı məruzə ilə iştirak edib.
Məruzə Türk ilahiyyatçı-qadın, tarixçi Bahriyə Üçokun əsəri əsasında hazırlanıb. Məruzəçi İslam aləmində müxtəlif dövrlərdə, əsasən Orta əsrlər dövründə hökmranlıq etmiş qadınlar, onların hakimiyyətə gəlməsi, dövlət və ölkə idarəçiliyində müstəsna rolları və fəaliyyətləri haqqında məlumat verib, ümumi təhlillər təqdim edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.