2019-cu ildən başlayaraq hər ilin oktyabr ayında ABŞ-ın Stenford Universiteti World's Top 2% Scientists - dünyanın ən nüfuzlu alimlərinin reytinq siyahısını dərc edir. Reytinq siyahısı dünyanın ən böyük akademik nəşriyyatı olan və baş ofisi Amsterdam şəhərində yerləşən “Elsevier” şirkətinin “Scopus” bazasının bir il əvvəlki məlumatları əsasında tərtib edilir
2024-cü ilin 17 sentyabr tarixində dərc edilən siyahıya Azərbaycan alimləridə daxil edilmişdir. Bu reytinq siyahısında ölkəmizi təmsil edən 13 alimdən biri AMEA-nın Yer Elmləri bölməsinin üzvüdür. Qürurverici haldır ki, 2023-cü il üzrə World's Top 2% Scientists reytinq siyahısına SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunun neft və qazın hasilatı üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Bağır Süleymanov və onun tələbəsi “Neftqazelmitədqiqatlayihə” İnstitutunun “Analitik tədqiqatlar” laboratoriyasının müdiri, texnika elmləri üzrə fəlsəfə doktoru Elçin Vəliyevin adlarıda daxil edilmişdir. Qeyd etmək istərdik ki, siyahıda Azərbaycandan olan alimlərin sırasında Bağır Süleymanov birinci yerdə göstərilib.
Stenford Universiteti illik dərc edilən reytinq siyahısı ilə paralel alimlərin elmi fəaliyəti üzrə 1996-ci ildən cari ilədək olan reytinq siyahısı da təqdim edir. 1996-2023-cü illəri əhatə edən World's Top 2% Scientists reytinq siyahısında Bağır Süleymanov və Elçin Vəliyevində adları qeyd edilmişdir. Bu siyahıda Azərbaycandan cəmi 5 alim yer almışdır.
Stenford Universitetinin məlumatları ilə buradan tanış ola bilərsiniz.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.