Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

14.10.2024 10:12
  • A-
  • A
  • A+

Geologiya və Geofizika İnstitutunda vulkan palçığının müalicə məqsədilə istifadəsinə dair tədqiqatlar aparılır

Geologiya və Geofizika İnstitutunda vulkan palçığının müalicə məqsədilə istifadəsinə dair tədqiqatlar aparılır

Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun əməkdaşları - y.e.d., dosent Orxan Abbasov və elmi işçi Elnur Baloğlanovun iştirakı ilə Şamaxı, Qobustan, Abşeron, Salyan və digər rayonlarda mövcud palçıq vulkanlarında tədqiqat aparırlar.

Məqsəd vulkan palçığının müalicəvi xüsusiyyətlərinin öyrənilməsi və tətbiqidir.

Üç il ərzində davam edəcək araşdırmalar Geologiya və Geofizika İnstitutu ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu arasında bağlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində reallaşır. Geniş elmi-tədqiqatları əhatə edən araşdırmalarda, ilk növbədə, Şərqi Azərbaycanın quru ərazilərindəki palçıq vulkanlarının Yerin müxtəlif dərinliklərindən səthə çıxardığı palçığın və suyun bir sıra fiziki-kimyəvi xüsusiyyətlərinin müasir analitik üsullarla tədqiqi nəzərdə tutulub.

Növbəti mərhələdə planlaşdırılıb ki, vulkan palçığının fərqli xəstəliklərin müalicəsində effektivliyini təsdiqləmək məqsədilə Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutuda kliniki-eksperimental araşdırmalar həyata keçirilsin. Hazırda isə alimlərin topladıqları palçıq və su nümunələri Geologiya və Geofizika İnstitutunun analitik bazasında tədqiq olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: