Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

14.10.2024 10:53
  • A-
  • A
  • A+

Şərqşünas alim Qars simpoziumunda Azərbaycan epiqrafikasında müqəddəs yazılardan danışıb

Şərqşünas alim Qars simpoziumunda Azərbaycan epiqrafikasında müqəddəs yazılardan danışıb

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin müdiri fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayev Türkiyənin Qars şəhərində Qafqaz Universitetinin təşkilatçılığı ilə keçirilən “Qafqazda İslam və mədəniyyət” adlı beynəlxalq simpoziumda iştirak edib.

Simpoziumda panel moderatoru olan şərqşünas alim “Azərbaycan epiqrafikasında müqəddəs yazılar” mövzusunda məruzə ilə çıxış edib.

Müxtəlif ölkələrdən alimlərin iştirak etdiyi paneldə məruzə zamanı E.Mustafayev Azərbaycan ərazisində mövcud olan yazılı abidələrin xüsusiyyətləri, kitabələrə həkk olunmuş mətnlərin dili, məzmunu və linqvistik üslubları haqqında ətraflı məlumatları qeyd edib, işğaldan azad edilmiş ərazilərimiz, o cümlədən erməni vandalizmi nəticəsində maddi-mədəni irsimizə dəymiş zərərlər haqqında informasiyaları diqqətə çatdırıb.

Məruzəçi Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə aid bir sıra əhəmiyyət kəsb edən yazılı abidələr haqqında söhbət açıb, müxtəlif çətin xətlərlə kitabələrə həkk olunmuş yazıların oxunuşu, tərcüməsi və şərhlərini də əlavə olaraq vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: