Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun Bəzək memarlığı laboratoriyası tərəfindən Qəbələ rayonunun ərazisinə elmi ekspedisiyaya təşkil edilərək park və bağlarda müşahidələr aparılmış, 25 fəsilə, 39 cins və 64 növdən ibarət dekorativ ağac, kol və bitkilərinin taksonomik tərkibi və mənşəyi təyin edilmiş, bitkilərin kompozisiyalarda bioloji və dekorativ xüsusiyyətlərinə görə qruplaşdırılması, kompozisiyaların müntəzəm (həndəsi formalı) və landşaft və ya təbii (orijinal formalı) üslublarda tərtibatı, kompozisiyaların ətrafinda kiçik memarlıq formalarının (fəvvarə, fənər, oturacaq, gül səbəti, fiqur və s.) istifadə qaydaları, dekorativ ağac və kolların budanma formaları öyrənilmiş, fotoşəkilləri çəkilmişdir.
Aparılan elmi-tədqiqat işinin nəticəsində məlum olub ki, Qəbələ rayonunun ərazisində taksonomik tərkibi, mənşəyi, kompozisiyalarda istifadəsi öyrənilən 25 fəsilə, 39 cins və 64 növə aid dekorativ ağac, kol və ot bitkiləri Qəbələnin torpaq-iqlim şəraitinə yaxşı uyğunlaşır, perspektivlidir, yaşıllaşdırmada, park və bağlarda müxtəlif formalı kompozisiyaların tərtibatında geniş istifadə oluna bilər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.