Noyabrın 1-də Azərbaycan Milli Elmlər Akademiyası Qafqazşünaslıq İnstitutu və Türkiyə Respublikasının Qafqaz Universiteti (Kafkas Üniversitesi) arasında əməkdaşlıq haqqında razılaşma protokolu imzalanıb.
Razılaşma protokolunu Qafqazşünaslıq İnstitutunun direktor vəzifəsini icra edən siyasi elmlər doktoru, dosent Ramilə Dadaşova və Qafqaz Universitetinin beynəlxalq əlaqələr şöbəsinin Qafqaz və Orta Asiya Araşdırmalar Mərkəzinin müdiri professor Hacəli Nəcəfoğlu imzalayıblar.
Razılaşma protokolunun imzalanmasında məqsəd tərəflərin qarşılıqlı elm, təhsil, mədəniyyət və incəsənət sahələrində ortaq layihələrini, elmi araşdırmaları və nəşrləri, elmi kadrların mübadiləsini həyata keçirmək, elmi konfranslar və elmi ekskursiyalar təşkil etmək, hər iki qurumun müffaviq şəkildə fəaliyyətini təqdim etməkdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.