Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Şərqşünas alim beynəlxalq konqresdə iştirak edib
03.11.2024 12:18
  • A-
  • A
  • A+

Şərqşünas alim beynəlxalq konqresdə iştirak edib

AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri fəlsəfə elmləri doktoru, professor Roida Rzayeva 30 oktyabr - 1 noyabr tarixlərində Şimali Kipr Türk Cümhuriyyətinin Girne şəhərində keçirilən XXII Türk Dünyası Beynəlxalq Sosial Elmlər Konqresində iştirak edib.

Azərbaycanlı alim “Müasir ictimai-siyasi reallıq işığında inklüziv inkişaf” adlı məruzə ilə çıxış edib, eyni zamanda konfrans iclaslarından birinə sədrlik edib.

Professor məruzəsində qeyd edib ki, modernləşmə prosesinin siyasi komponenti bilavasitə sosial-iqtisadi inkişafla bağlıdır. Buna uyğun olaraq iqtisadiyyatın fəlsəfəsi də dəyişir. Bu gün cəmiyyətlərin inkişaf modellərinin transformasiyaların sürətləndirilməsində və ümumilikdə sosial-iqtisadi inkişaf planlarında inklüziv inkişaf məsələləri diqqət mərkəzindədir.

Vurğulanıb ki, inklüziv inkişaf yeni inkişaf vasitələrindən biridir və müasir şəraitdə dövlət idarəçiliyinin mexanizmi, cəmiyyətin inkişafına təkan verən innovativ metod kimi qiymətləndirilir.

Alim qeyd edib ki, belə qənaətə gəlmək olar ki, müxtəlif ölkələrdə mövcud maliyyə və insan resurslarından istifadənin səmərəliliyi, onların iqtisadi imkanlarından daha çox dərəcədə davamlı inklüziv inkişaf cəmiyyətinin qurulması prosesində uğuru şərtləndirir. Bu gün sosial-iqtisadi model millətin intellektual resurslarından və potensialından səmərəli istifadə etməkdən asılıdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: