Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

22.11.2024 11:45
  • A-
  • A
  • A+

Azərbaycan Botaniklər Cəmiyyəti COP29 çərçivəsində Xəzər dənizi ilə bağlı keçirilən beynəlxalq foruma qatılıb

Azərbaycan Botaniklər Cəmiyyəti COP29 çərçivəsində Xəzər dənizi ilə bağlı keçirilən beynəlxalq foruma qatılıb

COP29 çərçivəsində “Xəzər dənizi və davamlı inkişaf: ətraf mühitin mühafizəsi” adlı beynəlxalq konfrans keçirilib. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə Yaşıl Zonada “Water” konfrans zalında baş tutan forumda Xəzəryanı ölkələrdən olan bir sıra QHT nümayəndələri, tanınmış beynəlxalq ekspertlər iştirak ediblər.

Konfransda Botanika Cəmiyyəti İctimai Birliyinin (ABCİB) sədri, Botanika İnstitutunun baş direktoru professor Səyyarə İbadullayeva ABCİB-nin məsul katibi, dosent Nuri Mövsümova, üzvləri dosent Şəkər Muxtarova, dosent Elman Yusifov Çelyabinsk Dövlət Universitetindən (Rusiya Federasiyası) olan həmkarları ilə birgə iştirak ediblər.

Panel müzakirələrində “COP29-la bağlı beynəlxalq təşəbbüslər” qrant müsabiqəsi çərçivəsində ABCİB, ETN Botanika İnstitutu və Çelyabinsk Dövlət Universitetinin alimləri tərəfindən birgə həyata keçirilən “Azərbaycanın Xəzəryanı sahillərində karbon emissiyasını azaldan yosun biokultivatorlarının yaradılması” adlı qrant layihəsi üzrə aparılan tədqiqatların təqdimatı olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: