Yasamal rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının və Yasamal rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş mini futbol idman yarışının növbəti oyunları keçirilib.
Bakı Dövlət Universitetinin futbol meydançasında baş tutan oyunlarda Azərbaycan Milli Elmlər Akademiyası ilə Bakı Biznes Universiteti qarşılaşıb. Görüş 4-2 hesabı ilə Azərbaycan Milli Elmlər Akademiyasının futbol komandasının xeyrinə başa çatıb.
Bakı Dövlət Universiteti ilə Azərbaycan Texniki Universiteti (AzTU) arasında keçirilən oyunun qalibi isə 2-1 hesabı ilə AzTU olub.
Mini futbol idman yarışının final mərhələsi noyabrın 7-də baş tutacaq. Finalda Azərbaycan Milli Elmlər Akademiyası ilə Azərbaycan Texniki Universitetinin komandaları qarşılaşacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.